This website uses cookies to ensure you get the best experience on our website. Learn more

Playlist of Fatma Mukhtarova

x
  • Fatma Muxtarova

    3:25

    XX əsr Azərbaycan opera sənətinin divası sayılan, Xalq artisti Fatma Muxtarova haqqında sujet

  • Rafael Hüseyn : İLK GÜLÇÖHRƏNİN TƏBƏSSÜMÜ

    5:17

    O, Azərbaycan vokal sənətinin beşiyi başında duranlardandır.
    Səhnəmizdə görünən ilk peşəkar qadın müğənnimiz də odur.
    Adı sağlığındaca əfsanələşmiş Şövkət Məmmədova!
    Onunla təxminən eyni vaxtlarda sənətə gələn, dünyanın məşhur operalarındakı qadın rollarının misilsiz ifaçısı olan başqa bir böyük qadın müğənnimiz də vardı – Fatma Muxtarova.
    Amma Fatma xanım sənət yolunu Rusiyada başladı və Azərbayana gəlib çatanda artıq məşhur sənətkar idi və “dünyanın ən gözəl Karmeni” qiymətini qazanmışdı.
    Şövkət xanımsa 1911-1912-ci illərdə İtaliyada, Milanda təhsil alaraq Azərbycana qayıdanda, Bakıda ilk dəfə səhnəyə çıxanda, Üzeyir bəyin Ər və arvadından parçaları, Avropa bəstəkarlarının yazdığı ariyaları ifa edəndə hələ vur-tut 15 yaşı vardı.
    Tale elə gətirdi ki, Şövkət xanıma musiqimizdəki bir çox ilklərə imza atmaq qismət oldu.
    1938-ci ildə Azərbaycanın Moskvada keçirilən birinci Ədəbiyyat və Mədəniyyət Ongünlüyündən, o çağların ən mötəbər ümumittifaq tədbirindən Şövkət Məmmədova sənət qardaşları Üzeyir Hacıbəyli və Bülbüllə yanaşı ilk SSRİ xalq artistimiz kimi qayıtdı.
    Gününə görə bu qeyri-adi hadisə sayılırdı və Sovet İttifaqında SSRİ xalq artistləri, xüsusən bu fəxri adı daşıyan qadınlar barmaqla sayılacaq qədər az idi. 1938-ci ildə bütün SSRİ-də cəmi 5 nəfər bu titulu qazanmışdı və nəzərə alsaq ki, bəstəkar Reynqold Qliyer də həmin ada Azərbaycanın təmsilçisi kimi, “Şahsənəm” operasına görə layiq görülmüşdü onda bu çətin, repressiya sarsıntıları ilə dolu ilin respublikamız üçün bütün acılarıyla yanaşı həm də sevinclər gətirən il olduğunu təsdiqləməliyik. Bircə bunu yada salmaq yetər ki, “Koroğlu”nun zəfəri olmasaydı, Üzeyir bəy həmin Dekadadan SSRİ xalq artisti kimi qayıtmasaydı, onu qorxunc siyasi girdabların faciəli şəkildə udacağına şübhə yox idi.
    Yolunun lap başlanğıcından Üzeyir bəy Şövkət xanıma dayaq olmuşdu və Şövkət Məmmədova da Üzeyir bəyin səhnə əsərlərində neçə-neçə surətə həyat bağışladı.
    Şövkət xanım “Arşın mal alan”dakı ilk qadın Gülçöhrəmiz idi. Bu əsər ilk dəfə 1912-ci ilin 25 oktyabrında (7 noyabr) tamaşaya qoyulanda Gülçöhrəni Əhməd Ağdamski ifa etmişdi və belə 1920-yə qədər davam etdi. 1920-ci illərin başlanğıcında Kiyevdə təhsilini başa vurub Vətənə dönən Şövkət Məmmədova Bakıdakı Qadınlar Klubunda həmin umulmaz ənənəyə son qoydu. Bizə ilk qadın Gülçöhrəmizi bağışladı və sonra çox illər boyu dəfələrlə Nigar, Şahsənəm, Gülzar, Gülçöhrə oldu.
    Onun şəfqətli çöhrəsi keçmişlərdə olduğu kimi Azərbaycan sənət tarixinin ən gələcəkdəki ucalıqlarından da həmişə gülümsəyəcək.
    Aprelin 16-da saat 21.30-da və aprelin 18-də (həmin gün elə onun ad günüdür) saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 120 yaşı tamam olan unudulmaz sənətkarımız Şövkət Məmmədovaya həsr ediləcək.

  • x
  • AZERBAIJAN Top Singer-Sona Aslanova-First Aria Of Nargiz -None Lyric

    2:10

  • SƏYYAH SİNDİBAD ROK OPERASI . ƏBƏDİ MƏHƏBBƏT !!!

    4:41

    Rizvan Sədirxanovun Rok Operası.Şeiri Rafael Hüseynovun. İfa Edirlər Mikəyil Rəfiyev . Gülşan İbadova. Emil Minyaşev və butün iştirakçılar .Rəqs edirlər, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri.Baletmeyster Azərbaycan Respublikasının Xalg Artisti Cəmılə Bayramova.Rejissor Azərbaycan Respublikasının Əməkdar Artisti Nicat Kəzimov .27.10.2018. Heydar Əliyev Sarayı.

  • x
  • Səxavət Məmmədov - Azad bir quşdum #retromusiqilər

    4:30

    Səxavət Məmmədov - Azad bir quşdum #retromusiqilər

    Musiqi : Əfrasiyab Bədəlbəyli
    Sözləri : Cəfər Cabbarlı

    Sözləri:
    Azad bir quşdum,
    Yuvamdan uçdum,
    Bir bağa düşdüm
    Bu gənc yaşımda…

    Bir ovçu gördüm,
    Köksümdən vurdu,
    Torpağa düşdüm
    Bu gənc yaşımda…

    • Facebook :
    • Instagram :
    • Twitter :


    Tərəfimizdən yayımlanan heç bir musiqi üzərində müəlliflik hüququmuz yoxdur. Müəllif hüquqları ilə bağlı yarana biləcək bütün problemləri retromusiqiler@yandex.ru email ünvanına yazmağınız xahiş olunur.

Shares

x

Check Also

Menu